Hörmətli həmkarlar!
Azərbacan Dövlət Rəssamlıq Akademiyasının Muzey Sərgi Kompleksi və “Saf rənglər” festivalının Təşkilat Komitəsi Sizi 23 may-5 iyun tarixləri arasında Muzey Sərgi Komleksində keçiriləcək II Beynəlxalq uşaq və gənc rəsm yaradıcılığı festivalında iştirak etməyə dəvət edir.
Hər bir studiya və ayrı-ayrı iştirakçılar öz bədii meyarları və estetik üstünlüklərini rəhbər tutaraq nümayiş üçün ən parlaq nailiyyətlərini nümayiş etdirən işlərini təqdim edirlər.
Festivalın təşkilat komitəsi 15 maya kimi uşaq və gənc rəssamlardan (3 yaşdan 16 yaşa kimi) təsviri sənətin bütün janrları üzrə sərgilənmək üçün hazır olan eksponatları qəbul edir (rəngkarlıq və qrafika işləri paspartu üzərində olmalıdır). Müsabiqəyə təqdim olunan işlərin sayı 50 nüsxəni keçməməlidir.
İştirakçı olmaq istəyənlər mayın 15-dən gec olmayaraq aşağıdakı elektron ünvana ərizə ilə müraciət edə bilərlər: adramuseum@gmail.com
Festivalın xeyriyyəçilik ənənəsinə uyğun olaraq əlil uşaqlara kömək məqsədilə eksponatların satışı da həyata keçiriləcək
Ünvan: H.Əliyev prospekti 24
Əlaqə nömrəsi: (012) 566-56-69
Bazar günləri istisna olmaqla həftənin bütün günləri saat 11:00-dan 18-00-a kimi