Описание 3 mart 2014-cü il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) mərhum gənc rəssamlar Cavid Bayramlı və Asiman Əkbərova həsr olunmuş "Qoşa Qanad" sərgisi keçiriləcəkdir. Cavid Bayramlı 1992-ci il iyul ayının 30-da anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olmaqla Cavid bu sənətə ilk addımını atdı. Fərqli üslubu, istedadı və bacarığı ilə seçilən gənc rəssamın sənətə olan sevgisi onu addım-addım irəliyə aparırdı. Qeyd edək ki, Cavid mərhum miniaturist, keramist Ədalət Bayramovun oğludur. Asiman Əkbərov 1988-ci il avqustun 23-də anadan olmuşdu. Ailənin kiçik oğlu olan Asiman uşaqlıq illərindən hiperaktiv olub. Xüsusi diqqət tələb edən əl işləri ilə hər kəsi təəccübləndirməyi bacarırdı. Xatırladaq ki, 25 yanvar 2014 il Bakının Nərimanov rayonunda sökülməkdə olan binanın uçması nəticəsində yaranmış faciədə Cavid Bayramlı və Asiman Əkbərov uçqun altında qalaraq vəfat etmişdilər. Onların vaxtsız ölümü nəinki tələbə yoldaşlarını, qohumlarını hətta bu istedadlı gəncləri tanımayan çox insanı dərin hüznə qərq etdi. Gənc rəssamların xatirəsinə həsr olunmuş sərginin rəsmi açılış mərasimi 3 mart 2014-cü il tarixində saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçiriləcəkdir.

Теги других блогов: sərgi Cavid Bayramlı Asiman Əkbərova