Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksi və “İdrak” şirkəti Novruz bayramının simvol və atributikasına aid eskizlərin və milli bədii kontentin yaradılmasına dair
müsabiqə elan edir
Rəssamlıq Akademiyası Muzey-sərgi kompleksi və “İdrak” şirkətinin birgə təşkil etdiyi komissiya tərəfindən ilkin təqdim edilmiş eskizlərə baxılacaq. İşlər daimi və müvəqqəti materialda, həmçinin eskiz və kompyuter formatında təqdim edilə bilər. Ən yaxşı işlər həvəsləndirici pul mükafatlarına layiq görüləcək və müəllif variantında icra ediləcək, bundan əlavə Rəssamlıq Akademiyası və “İdrak” şirkətinin birgə təşkil etdiyi dizayner layihələrində istifadə olunacaq.
Müsabiqəyə miniatur rəngkarıq və qrafika, dekorativ-tətbiqi sənətin bütün növləri, ənənəvi və yeni tenalogiya və materiallardan hazırlanmış gəlincik, zərgərlik məmulatları və bijuteriya, dekorativ metal, şüşə və keramika, qobilen, batika, aplikasiya, qurama, çətən və digər materiallardan istifadə olunmuş əl işləri təqdim oluna bilər.
Müəlliflər tərəfindən yaradılmış simvolların gələcəkdə istifadə edilməsi və bədii məhsulun eksklüziv ekzemplyarlarının məhdud sayda və ya kütləvi tirajla istehsalında müəllif hüquqları qorunacaq (müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq istehsal edilmiş məhsulun satış qiymətindən gələn faizlər müəllifə çatacaq).
Müsabiqə iki turdan ibarətdir:
I tur: 3-14 mart – müsabiqənin komissiyası tərəfindən təqdim edilmiş eskizlərin baxılması və qəbulu;
II tur: 2014-cü 14-15 mart tarixində qaliblərin təyin edilməsi və mükafatlarla təltif olunması.
17 mart Rəssamlıq Akademiyası Muzey sərgi kompleksində Novruz bayramına həsr olunmuş sərgi təşkil olunacaq və qaliblər mükafatlandırılacaqdır.
Müsabiqə Novruz bayramı günlərində təşkil edilmiş satış sərgisi ilə bitəcək.
Müsabiqədə fərqlənmiş gənclərdən ibarət qrup seçiləcəkdir ki, onlara pulsuz “İT” və dizayn sahəsi üzrə nanotexnalogiyaları treninqi keçiriləcədir. Treninqlər “İDRAK” şirkətinin dizayn treninq mərkəzində keçiriləcəkdir.
Əlavə məlumat üçün adramuseum@gmail.com və tel: (012) 566-56-69; (070)303-02-04; (051) 768-49-58 nömrələrilə əlaqə saxlaya bilərsiniz.